<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Sonsuz bir sevgi ilə Allah bizi çox sevdi İL198</title>
<lyrics>[V1]
 Sonsuz bir sevgi ilə Allah bizi çox sevdi,
 İsa bizimçün öldü, hər birimizçün öldü.
 Məsihin əzabında Allahın sevgisi var,
 Bizim hər birimizə Onun mərhəməti var.

[C1]
   Məsihin əzablarında bizimçün bağışlanma,
   Onun dirilməsində bizimçün bəraət var.
   «Yol, həqiqət və həyat Mənəm», - deyən Məsihə
   Etimad edənlərin əbədi həyatı var.

[V2]
 Məsih hər birimizə həyat verməkçün öldü,
 Ata Oğulda bizə Öz sevgisin göstərdi.
 Onun əzablarında insanlara sevgi var,
 Bizim günahlarımız üçün əvəz və lütf var.

[V3]
 Məsih bu əzabları, bilin, bizimçün çəkdi,
 Məhəbbət Kəlamını qəlblərimizə əkdi.
 Kaş ki hamı biləydi, İsa dünya üçün öldü,
 Dünyanın Xilaskarı öldü, həm də dirildi.</lyrics>
<hymn_number>198</hymn_number>
</song>